Kanadalı bir memarlıq firması Dubayda Yerin peyki olan Aya bənzəyən kompleks layihəsi hazırlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, tikilinin hündürlüyü 225 metr olacaq. Həmin komleksin otel olması planlaşdırılır.
Burada 144 mənzil olacaq.
Bu otel həm də ticarət mərkəzi kimi dizayn edilib. Beləliklə, Dubayda “Ay”a ildə 10 milyon ziyarətçi cəlb etmək hədəflənir.
Dizaynın orijinallığını artırmaq istəyən memarlar binaya astronavtlar üçün təlim mərkəzi əlavə ediblər.
Təxminən 2 ilə başa çatdırılması planlaşdırılan layihənin dəyəri beş milyard dollardan çoxdur.