ABŞ Prezidenti Ukraynadakı "referendum"a münasibət bildirdi

19:35 - 21 Sentyabr 2022

ABŞ Prezidenti Ukraynadakı \"referendum\"a münasibət bildirdi

“Kreml Ukrayna torpaqlarını ilhaq etmək üçün saxta referendum təşkil edir".

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

“Biz xəbərdarlıq etmişdik və müharibənin qarşısını almağa çalışmışdıq. Rusiyanın müharibə cinayətləri ilə bağlı çoxlu sübutlar ortaya çıxır. Bu, Ukraynanın bir dövlət kimi mövcudluğuna qarşı savaşdır”, - o bildirib.

C.Bayden vurğulayıb ki, bu hadisələr hər kəsin qanını dondurmalıdır: “Heç bir xalqın torpaqlarını güclə ələ keçirmək olmaz. Bu prosesə mane olan yeganə qüvvə Rusiyadır. Əslində, demokratiya ilə avtoritarizm arasında mübarizə gedir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az