Rusiya prezidenti Vladimir Putin, “Qərb ölkəmizi məhv etmək istəyir”- deyərək qismən hərbi səfərbərlik elan edib. O, Qərbə nüvə silahlarına da eyham vuraraq, "Biz ərazi bütövlüyümüzü qorumaq üçün hər cür silahdan istifadə edəcəyik. Bu, blef deyil" deyə, ciddiyyətini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putinin açıqlamalarına reaksiya verən ABŞ prezidenti Co Bayden "Rusiyanı heç kim təhdid etmir. Biz müharibənin bitməsini istəyirik" deyib.
NATO-nun bəyanatında isə, “Putin nüvə müharibəsində qalib gələ bilməz. O, strateji səhvə yol verir”- bildirilib.
ABŞ-nin keçmiş hərbi komandiri, istefada olan general-leytenant Ben Hodges deyib ki, Putin nüvə silahından istifadə edərsə, ABŞ Rusiyaya “dağıdıcı hücum”la cavab verəcək.
, ABŞ-nin nüvə silahından istifadə etməyəcəyini bildirib, Putinin Ukraynada nüvə silahından istifadə edəcəyi təqdirdə ABŞ-nin “Qara dəniz donanmasını və ya Krımdakı Rusiya bazalarını məhv etməyə” cəhd edə biləcəyini söyləyib.