Rusiyada saxlanılan etirazçılara çağırış vərəqələri verildi

14:31 - 22 Sentyabr 2022

Rusiyada saxlanılan etirazçılara çağırış vərəqələri verildi

Dünən Rusiyanın bir neçə şəhərində səfərbərliyə qarşı etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı 38 şəhər üzrə 1400-dən çox insan saxlanılıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Moskva və Voronej şəhərlərində aksiyalar zamanı saxlanılan şəxslərə hərbi komissarlıqlar tərəfindən çağırış vərəqələri verilib. 

Məlumata görə, saxlanılanlardan biri çağırış vərəqəsini imzalamaqdan imtina etdiyinə görə onu cinayət işi ilə hədələyiblər. 

Bildirilir ki, Voronejdə 8 saylı polis bölməsində də saxlanılan aksiya iştirakçılarına çağırış vərəqələri verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az