6 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil VERİLDİ

19:44 - 23 Sentyabr 2022

6 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil VERİLDİ

Azərbaycan Respublikası 23 sentyabr 2022-ci il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə ərazidə tapılmış daha 6 erməni hərbçisinin meyitini Ermənistan tərəfinə təhvil vermişdir.

 

Bu barədə Manset.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Meyitlərə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirilmiş və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməmişdir.

Cəsədlərin ərazidə axtarışı davam etdirilir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilməkdədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az