İranda etirazlar demək olar ki, bütün ölkəni bürüyüb, dünən və bu gün iğtişaşlar ən azı 80 şəhərdə baş verib. Onlardan biri küçə döyüşlərindən sonra nümayişçilər tərəfindən tamamilə ələ keçirilib.
Manset.az qaynarinfo-ya istinadən xəbər verir ki, İranda 2009-cu ildən bəri ən böyük etiraz aksiyaları 80 şəhərə yayılıb. Baxmayaraq ki, hakimiyyətin repressiyaları gücləndirilib, onlarla insanın həlak olub və tanınmış fəallar və jurnalistlər həbs olunub. Xüsusilə ani messencerlər və sosial şəbəkələr üçün internetə çıxış hələ də bloklanıb. Bununla bağlı İrandan xəbərlər saatlarla gecikmə ilə daxil olur.
A group of Iranian expatriates have gathered outside the @BBCNews headquarters in London to express their protest against @bbcpersian's policies regarding the coverage of Iran developments.
— Iran International English (@IranIntl_En) September 24, 2022
"BBC, Shame on You," the protesters were heard chanting.#IranProtests2022 pic.twitter.com/qlLZyj6bXV