Qırğızıstan və Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbərləri sərhəddə yaranmış vəziyyətin nizamlanması ilə bağlı protokol imzalayıblar.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev bildirib.
Danışıqlar Batken vilayətinin Qızıl-Bel keçid məntəqəsində aparılıb.
Taşiyev deyib ki, protokolun bütün bəndlərinin yerinə yetiriləcəyinə ümid edir.