Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə onlarla yüksək texnologiyalı məhsulun ixracına qadağalar daxil ola bilər.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, xüsusilə, söhbət smartfonlar, radar və lazer avadanlıqlarından gedir.
Həmçinin, təşəbbüs müəllifləri Aİ şirkətlərinə rusiyalı müştərilərinə İT xidmətləri göstərməyi qadağan etmək və Aİ-də “Kaspersky Lab” məhsullarından istifadəni dayandırmaq istəyirlər.
Qeyd edək ki, Avropa Komissiyasının nümayəndələri ilə Aİ ölkələri rəsmiləri arasında Rusiyaya qarşı növbəti sanksiyalar paketinin müzakirələri artıq başlayıb.
Mənbə: İnterfaks