Rusiyada məktəbdə ölənlərin sayı 9-a çatdı - YENİLƏNDİ (VİDEO)

13:08 - 26 Sentyabr 2022

Rusiyada məktəbdə ölənlərin sayı 9-a çatdı - YENİLƏNDİ (VİDEO)

Rusiyanın İjevsk şəhərinin Puşkinskaya küçəsindəki məktəbdə baş verən silahlı atışmada ölənlərin sayı 9-a çatıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Son məlumata görə, İjevskdə məktəbdə atışma nəticəsində 9 nəfər - 2 mühafizəçi, 2 müəllim və 5 məktəbli həlak olub, yaralananlar var.

12:36

Rusiyanın İjevsk şəhərinin Puşkinskaya küçəsində yerləşən 88 saylı məktəbdə atışma olub.

Manset.az xəbər verir ki, atışma nəticəsində azı on nəfər yaralanıb, üçü uşaq və bir mühafizəçi də daxil olmaqla altı nəfər həlak olub.

Zərərçəkənlər güllə yarası alıb. Bir məktəbli isə bıçaqlanıb.

Artıq təhsil ocağının rəhbərliyi atışma ilə bağlı məlumatı təsdiqləyib. Məktəb direktoru yaralı yeniyetmə ilə kabinetdə gizlənməyə müvəffəq olub.

 

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az