Kremlə yaxın olan rusiyalı iş adamı Yevgeni Priqojin 2014-cü ildə Ukraynada döyüşmək üçün “Vaqner” muzdlu dəstəsini yaratdığını və onların Latın Amerikası və Afrika ölkələrinə yerləşdirildiyini etiraf edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Priqojin, sosial media hesabından verdiyi açıqlamada Ukraynanın Donbas bölgəsinə döyüşçü göndərmək üçün 2014-cü ildə qrupu qurduğunu vurğulayaraq, “O andan etibarən 1 May 2014-cü ildə bir qrup BTG Wagner adını alan vətənpərvərlər doğuldu” deyib.