“Məqsədimiz ən qısa zamanda Rusiya və Ukrayna liderlərinin görüşünü təşkil etməkdir” - Ərdoğan

22:47 - 26 Sentyabr 2022

“Məqsədimiz ən qısa zamanda Rusiya və Ukrayna liderlərinin görüşünü təşkil etməkdir” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin görüşünü mümkün qədər tez təşkil etməyi öz məqsədi hesab etdiyini bildirib.

 

Manset.az xəbər verir ki, bunu dövlət başçısı ölkənin Nazirlər Kabineti toplantısından sonra mətbuata açıqlamasında bəyan edib.

“Biz taxıl dəhlizinin təşkili və hərbi əsirlərin mübadiləsi ilə başlayan prosesin davam etdirilməsindən çox qürur duyuruq. İndi bizim məqsədimiz müharibəni dayandırmaq üçün Rusiya və Ukrayna liderlərinin ən qısa zamanda görüşünü təşkil etməkdir”, - deyə Ərdoğan qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az