Ukrayna hava hücumundan müdafiə qüvvələri səhər saatlarında Odessa vilayəti üzərində İranın üç kamikadze pilotsuz təyyarəsini məhv edib.
Manset.az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələri məlumat yayıb.
“Sentyabrın 27-də səhər saat 8 radələrində Ukrayna Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiə bölmələri Odessaya hücum edən üç ədəd “Şahed-136” kamikadze pilotsuz uçüş aparatını məhv edib”, - deyə məlumatda bildirilir.