Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinin həftəlik mətbuat konfransında çıxış edən BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani Rusiyada son bir həftədir səfərbərlik əleyhinə etirazlarla bağlı baş verənləri dəyərləndirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, etirazların başladığı 21 sentyabrdan indiyədək 2377 etirazçının saxlanıldığını qeyd edən Şamdasani həbsdə olanların sayı ilə bağlı faktiki rəqəmlərin qeyri-müəyyən olduğunu vurğulayıb.
O, Dağıstan Muxtar Respublikasında son 3 gündür etirazların davam etdiyini və Dağıstanın paytaxtı Mahaçqalada etirazçılarla polis arasında baş verən qarşıdurma nəticəsində onlarla adamın saxlanıldığını bildirib.
Şamdasani dinc nümayişin və ifadə azadlığının insan haqları olduğunu vurğulayıb və hakimiyyəti özbaşına saxlanılan etirazçıları tez bir zamanda azad etməyə çağırıb.