Ermənistan KTMT-nin təlimlərində iştirakdan imtina etdi

15:17 - 27 Sentyabr 2022

Ermənistan KTMT-nin təlimlərində iştirakdan imtina etdi

Ermənistan KTMT-nin Qazaxıstanda keçirilən təlimlərində iştirak etməkdən imtina edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Müdafiə Nazirliyi yayıb. 

“Ermənistan Müdafiə Nazirliyindən KTMT təlimlərində iştirak etməməklə bağlı rəsmi məlumat daxil olub. Bunu təsdiq edirik”, - deyə məlumatda qeyd olunub. 

Qeyd edək ki, sentyabrın 26-sı Qazaxıstanda KTMT-nin kollektiv qüvvələrinin təlimləri başlayıb. Təlimlər oktyabrın 8-nə qədər davam edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az