İranın keçmiş prezidentinin qızı SAXLANILDI

00:30 - 28 Sentyabr 2022

İranın keçmiş prezidentinin qızı SAXLANILDI

İranın keçmiş Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi ölkədə davam edən nümayişləri dəstəklədiyi və qızışdırdığı səbəbİ ilə saxlanılıb.

Manset.az-ın xarici mətbuata istinadən məlumatına görə,  Haşiminin İranda hansı təhlükəsizlik qurumunun saxladığı barədə məlumat verilməyib.

Qeyd edək ki, bir müddət öncə Faizə Haşimi İranda hicab geyinməyən qadınlara dəstək verib. O, qadınları çadradan imtinaya və itaətsizliyə çağırıb.
F.Haşimi insanları İran hökumətinə etirazlarını bildirməyə çağıraraq, hicab taxmayan qadınları “aslan qadınlar” adlandırıb. Sabiq prezidentin qızı Məhsa Əmininin ölümündən sonra İranın şəhərlərində baş verən etirazları dəstəkləmişdi.
Xatırladaq ki, sentyabrın 13-də hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü İranda kütləvi etirazlara səbəb olub. Gənc qızın polis zorakılığı nəticəsində dünyasını dəyişməsi İran xalqını ayağa qaldırıb. İndiyədək nümayişlər zamanı 76 dinc etirazçı polislər tərəfindən öldürülüb.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az