Meksikalı “TikToker” Karla Pardini evində oturan zaman naməlum telefon zəngi ilə bayıra çağırılıb. O, bayıra çıxıb və bir daha evə qayıtmayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polislər Karla Pardinini silahla öldürülmüş vəziyyətdə tapıblar.
Təhlükəsizlik kameralarının araşdırılması nəticəsində Pardininin yaşadığı məhəllədə əlində silahla gəzən şəxs müəyyən edilib.
Ancaq fenomenin niyə öldürüldüyü hələ aydın deyil.