NATO-dan Putinlə bağlı AÇIQLAMA

11:47 - 28 Sentyabr 2022

NATO-dan Putinlə bağlı AÇIQLAMA

NATO-nun baş katibi Yens Stoltenberq Avropa Parlamentində Sosialistlər və Demokratlar Qrupunun toplantısında Putinlə bağlı açıqlama verib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, NATO-nun Ukraynadakı müharibə ilə bağlı iki missiyası olduğunu bildirən Stoltenberq, birinin Ukraynaya dəstək, digərinin isə münaqişənin böyüməsinin qarşısını almaq olduğunu bildirib.

Rusiyanın son günlər "saxta referendumlar, nüvə saxtakarlığı, silahlı qüvvələrin səfərbərliyi" ilə münaqişəni daha da artırdığını vurğulayan Stoltenberq sözlərini belə davam etdirib:

“Mesajımız ondan ibarətdir ki, nüvə silahından hər hansı istifadə qətiyyən qəbuledilməzdir. Bu, münaqişənin mahiyyətini tamamilə dəyişir. Rusiya bilməlidir ki, heç vaxt nüvə müharibəsinə  başlamaq olmaz, çünki bu müharibənin qazananı olmayacaq. Əgər biz Putinin bu cür nüvə ritorikasını təkrar-təkrar görsək, bunu ciddi qəbul etməli olacağıq. Buna görə də biz bunun Rusiya üçün ciddi nəticələrə səbəb olacağı və nüvə müharibəsinin heç vaxt baş verməməsi ilə bağlı açıq mesaj veririk. Hazırda Ukraynada gedən müharibə, əlbəttə ki, pisdir və Ukrayna xalqı üçün faciədir, lakin NATO ilə Rusiya arasında tam hüquqlu müharibə daha da pis olacaq”.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az