Ukrayna prezidenti Vladimir Zelenski Ukraynada rusiyapərəst separatçıların nəzarəti altında olan qondarma Donetsk və Luqansk Xalq Respublikalarında keçirilən referendumlarla bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski açıqlamasında bildirib ki, Rusiyanın heç bir cinayət əməli Ukrayna üçün heç nəyi dəyişməyəcək:
“İşğal olunmuş ərazilərdəki bu cəfəngiyyatı heç referendumun təqlidi də adlandırmaq olmaz”.
Birləşmiş Millətlər Təşkilatının nizamnaməsini və xalqların birgəyaşayışının əsas prinsiplərini tanıdıqlarını qeyd edən Zelenski, Ukraynada, Avropada və dünyada normal həyatı qorumaq üçün fəaliyyətlərini davam etdirəcəklərini bəyan edib:
“Biz Xerson və Zaporojye vilayətlərində, Donbasda və Xarkov vilayətinin hazırda işğal altında olan ərazilərində və Krımda xalqımızı qorumaq üçün hərəkətə keçəcəyik”.