“İen” qasırğası Kubada ölkəboyu elektrik enerjisinin tamamilə kəsilməsinə səbəb olub.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə yerli “Union Electrica” şirkəti “Twitter” səhifəsində məlumat yayıb.
“Milli energetika sistemi müstəsna vəziyyətdədir: elektrik enerjisi istehsalı sıfır səviyyəsindədir (ölkədə enerji təchizatı tamamilə dayanıb)”, - deyə hesabatda bildirilir.
Şirkət əlavə edib ki, təbii fəlakət adanın infrastrukturuna ziyan vurub. Bununla belə, ölkənin enerji sisteminin tədricən bərpa olunacağı vurğulanıb.