Türkiyədə özəl banklardan sonra, dövlət bankları olan “Ziraat Bank”, “Vakıfbank” və “Halkbank” da, Rusiyanın “Mir” ödəniş sistemindən çıxdıqlarını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kremldən bu gün verilən açıqlamada “Mir” debet kartlarından istifadəni dayandıran Türkiyə dövlət banklarının ABŞ-nin misli görünməmiş təzyiq və sanksiyaları təhlükəsi ilə üzləşdiyini və bu qərarın bu səbəbdən alındığını bildirilib.