Ukraynanın 4 bölgəsində keçirilən referendumun nəticəsi açıqlandı

15:26 - 28 Sentyabr 2022

Ukraynanın 4 bölgəsində keçirilən referendumun nəticəsi açıqlandı

Ukraynanın qismən Rusiyanın nəzarətində olan 4 vilayətində keçirilən referendum yekunlaşıb. 

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qondarma seçki komissiyaları bildirib ki, Rusiyanın tərkibinə daxil olmaq qərarı referendumda qəbul edilib.
5 gün davam edən referendumun qeyri-rəsmi nəticələrinə görə, Rusiyaya qoşulmaq üçün seçicilərin böyük əksəriyyəti “hə” deyə səs verib. 

Növbəti addım nəticələrin Rusiya parlamentinin hər iki palatasında müzakirə olunaraq təsdiqlənməsidir.

Daha sonra Rusiya prezidenti Vladimir Putin imzalayacağı fərmanla rəsmi prosesə start verəcək.
"Sözügedən regionların təhlükəsizliyinin təmin edilməsində beynəlxalq hüquq baxımından vəziyyət tamamilə dəyişəcək", - Kreml bildirib. 
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az