İsveçrədəki buzlaqların 6 faizi əridi – Son 19 ildə REKORD

16:53 - 28 Sentyabr 2022

İsveçrədəki buzlaqların 6 faizi əridi – Son 19 ildə REKORD

İsveçrə Elmlər Akademiyasının (SCNAT) apardığı araşdırmada builki hava şəraitinin iqlim dəyişikliyi səbəbindən buzlaqların əriməsinə təsiri araşdırılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 2022-ci ilin İsveçrə buzlaqları üçün "fəlakətli" bir il olduğunu ifadə edən araşdırmaya görə, ilin əvvəlindən bəri buzlaqların 6 faizi əriyib və bunun 2003-cü ildən bəri ən yüksək buzlaq əriməsi olduğu açıqlanıb.

Bu il 3 kub kilometr buzlaq əriyib ki, bu da 3 trilyon litr suya bərabərdir.
Əvvəlki SCNAT buzlaq tədqiqatlarında buzlaqların illik ərimə sürətinin 2 faizi "fövqəladə vəziyyət" kimi təsvir edilmişdi.

İsveçrə buzlaqların əriməsinin qarşısını almaq üçün çalışır.
Avqustun 22-də Sürix Federal Texnologiya İnstitutunun saytında dərc edilən araşdırmada, 1931-ci ildən 2016-cı ilə qədər Alp dağlarında təxminən 1400 buzlaqın ümumi həcmini yarıya qədər itirdiyi açıqlanıb.

İqlim dəyişikliyinin buzlaqların əriməsini sürətləndirdiyinə diqqət çəkən araşdırmada, buzlaqların təkcə 2010-cu ildən 2016-cı ilə qədər yüzdə 12 əridiyi ifadə bildirilib.
İsveçrə hökuməti buzlaqların əriməsinin artmasının qarşısını almaq üçün 3,2 milyard İsveçrə frankı dəyərində tədbir paketi hazırlayıb.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az