ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bakıya səfər edəcək

19:07 - 28 Sentyabr 2022

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bakıya səfər edəcək

Fransanın xüsusi elçisi, ATƏT-in Minsk qrupunun həmsədri Bris Rokfey tərəflər arasında həll edilməmiş məsələlərin həllinə kömək etmək üçün həftə sonuna qədər Azərbaycan və Ermənistana səfər edəcək.

 

Manset.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi brifinqdə bildirib.

“Prezident Emmanuel Makronun erməni və azərbaycanlı həmkarları ilə danışıqlarının davamı olaraq, Cənubi Qafqaz üzrə xüsusi elçi səfir Bris Rokfey bu həftə Bakıya, oradan isə İrəvana gedəcək”, - deyə Fransa rəsmisi bildirib.

O qeyd edib ki, rəsmi Paris danışıqlar yolu ilə bütün məsələlərin həlli yollarına töhfə vermək niyyətindədir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az