Litva müdafiə xərclərini 148 milyon avro artıracaq

20:57 - 28 Sentyabr 2022

Litva müdafiə xərclərini 148 milyon avro artıracaq

Litvanın müdafiə xərcləri bu il 148 milyon avro artacaq, müxtəlif növ silahların, o cümlədən Amerikanın Himars sistemlərinin alınması planlaşdırılır.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin bugünkü iclasında qərar verilib.

“Biz müdafiənin maliyyələşdirilməsini artırır, bununla da parlament partiyalarının razılığını ardıcıl şəkildə həyata keçiririk”, - maliyyə naziri Gintare Skaiste bildirib.

Ölkənin müdafiə naziri Arvydas Anuşauskasın sözlərinə görə, vəsait 50 zirehli transportyor Ukraynaya verildikdən sonra Litvanın hərbi potensialının bərpasına yönəldiləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az