Türkiyə Təhlükəsizlik Şurası Ermənistanın son təxribatlarını PİSLƏDİ

22:34 - 28 Sentyabr 2022

Türkiyə Təhlükəsizlik Şurası Ermənistanın son təxribatlarını PİSLƏDİ

Türkiyə Milli Təhlükəsizlik Şurası Ermənistanın son təxribatlarını pisləyib.

 

Manset.az xəbər verir ki, bu barədə Şuranın iclasının yekununa dair məlumatda qeyd olunub.

“Ermənistan Azərbaycana qarşı təxribat xarakterli hərəkətlərinə görə pislənilib və Ermənistan rəhbərliyinə ona verilən sülh fürsətindən istifadə etmək, eləcə də bütün razılaşma öhdəliklərini yerinə yetirmək məsuliyyəti xatırladılıb", - məlumatda bildirilir.

Qeyd edilir ki, iclasda davamlı sülhə nail olmaq üçün böyük səylər göstərən Azərbaycana güclü dəstək ifadə edilib. Həmçinin başda region dövlətləri olmaqla, bütün iştirakçı tərəflərin sülh prosesinə səmimi şəkildə öz töhfəsini verməli olduğu vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az