Zelenski Quterreşlə Zaporojye AES-dəki son vəziyyəti müzakirə ETDİ

22:48 - 28 Sentyabr 2022

Zelenski Quterreşlə Zaporojye AES-dəki son vəziyyəti müzakirə ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antoniu Quterreşlə telefon danışığında Zaporojye AES-də yaranmış təhlükəni müzakirə edib.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Qeyd olunub ki, siyasətçilər AES-dəki vəziyyət kontekstində nüvə təhlükəsizliyi məsələsi ətrafında fikir mübadiləsi aparıblar.

V.Zelenski, həmçinin Rusiyanın Ukrayna ərazilərində keçirdiyi “referendumların” BMT tərəfindən tanınmaması ilə bağlı aydın mövqeyinə görə A.Quterreşə təşəkkür edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az