"Yaşamaq istəyirsinizsə, qaçın" - Zelenski rusiyalı əsgərlərə səsləndi

07:35 - 29 Sentyabr 2022

\"Yaşamaq istəyirsinizsə, qaçın\" - Zelenski rusiyalı əsgərlərə səsləndi

“Cəbhədəki vəziyyət tam aydındır. Rusiya əsgərləri yaşamaq istəyirlərsə, döyüş meydanından qaçsalar yaxşıdır”.

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

“Yalnız rus dilini başa düşənlər üçün bir daha təkrar edirəm. Yaşamaq istəyirsinizsə, qaçın. Yaşamaq istəyirsinizsə, təslim olun. Yaşamaq istəyirsinizsə, öz azadlığınız üçün küçələrdə mübarizə aparın”, - dövlət başçısı bildirib.

Zelenskinin sözlərinə görə, rusiyalılar “onsuz da çox şeydən məhrum olub”:

“Hansınızın neft buruqları var? Saraylarınız var? Üzüm bağlarınız var? Bəlkə, yaxtalarınız var? Yoxsa hansısa bank? Nə üçün mübarizə aparırsınız? Yalnız kreditiniz var, axşama yeməyə bir şey və indisə - səfərbərlik”.

O, ölkənin düşmənlərini Ukrayna torpağına çıxmamağa, həmçinin Ukrayna ruhuna və Ukrayna mədəniyyətinə toxunmamağa çağırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az