Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk Rusiya-Ukrayna müharibəsini müzakirə edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Papa bəyan edib ki, bunu yalnız Rusiya-Ukrayna müharibəsi kimi düşünmək səhvdir, bu, dünya müharibəsidir:
“Davam edən müharibə var. Məncə bunu yaxşı və pisdən bəhs edən kovboy filmi kimi düşünmək səhvdir. Bunun Rusiya ilə Ukrayna arasında müharibə olduğunu düşünmək də səhvdir, vəssalam. Xeyr, bu dünya müharibəsidir”.