Yaranması və haqqında filmlərin çəkilməsi baxımından dünya tarixində öz yerini tutan Titanik gəmisi ilə bağlı illər sonra yeni təfərrüatlar üzə çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, araşdırmaçılar müəyyənləşdiriblər ki, həmin vaxt Titaniklə birlikdə “SS Mesaba” ticarət gəmisi də Şimali Atlantik Okeanından keçirdi.
“SS Mesaba” radio vasitəsilə Titanikin kapitanı Edvard Smitə aysberqlərin Nyufaundlend sahillərində sürükləndiyi barədə mesaj göndərib.
Mesaj Titanikin kapitanı Edvard Smitə çatıb, lakin o, xəbərdarlığa məhəl qoymayıb. Nəticədə Şimali Atlantik Okeanının buzlu sularında, səyahətinə dörd gün qalmış “batmaz” adlanan gəmi aysberqə çırpılaraq batıb və 1500-dən çox insan həlak olub.