Qırğızıstanın təhsil və elm naziri Beysenaliyev saxlanıldı

11:18 - 29 Sentyabr 2022

Qırğızıstanın təhsil və elm naziri Beysenaliyev saxlanıldı

Qırğızıstanın FETÖ ilə əlaqəsi olan təhsil və elm naziri Almazbek Beysenaliyev əcnəbi tələbələrdən rüşvət alarkən tutularaq saxlanılıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qırğızıstan Daxili İşlər Nazirliyinin Mətbuat Mərkəzindən verilən açıqlamada bildirilib ki, nazir Beysenaliyev külli miqdarda rüşvət tələb etmə işi üzrə aparılan istintaq çərçivəsində cinayət başında yaxalanıb və saxlanılıb. Açıqlamada Beysenaliyevin əcnəbi tələbələri universitetlərə qəbul etdirmək üçün 110 min dollar rüşvət aldığı bəyan edilib.

41 yaşlı Beysenaliyev 2020-2021-ci illərdə 6 ay Təhsil və Elm Naziri vəzifəsində çalışdıqdan sonra Qırğızıstanın Berndəki səfiri, daha sonra isə BMT-nin Cenevrə ofisində Qırğızıstanın daimi nümayəndəsi vəzifələrində çalışıb. Fevralda isə yenidən Təhsil və Elm Naziri təyin olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az