Türkiyə Azərbaycana görə Ermənistanla danışıqları təxirə saldı

17:46 - 29 Sentyabr 2022

Türkiyə Azərbaycana görə Ermənistanla danışıqları təxirə saldı

“Sentyabrın 14-də sərhəddə Türkiyə və Ermənistanın müvafiq idarələrinin nümayəndələri arasında iki siyasi sazişin icrasını müzakirə etmək üçün görüş keçirilməli idi. Lakin həmin vaxt Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalara görə Türkiyə tərəfinin istəyi ilə görüş təxirə salındı”.

 

Manset.az xəbər verir ki, Ermənistan KİV-in məlumatına görə, bu sözləri Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan və Türkiyə arasında normallaşma istiqamətində danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan deyib.

R.Rubinyan Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç ilə sonuncu görüşünün iyulun 14-də keçirildiyini xatırladıb.

Onun sözlərinə görə, görüşün hansı müddətə qədər təxirə salındığı barədə dəqiq tarix yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az