Rusiyada hərbi komissarlar çağırış vərəqələrini kişilərə vermək üçün pəncərələrə dırmaşır.
Manset.az demokrat.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər Vladivostokdakı binaların birində müşahidə kameralarına düşüb.
Belə təxmin edilir ki, evlərin girişində domofon olub, ancaq mənzil sahibləri evdə olmadıqlarını göstərmək üçün onu söndürüb.