"Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsi qanunsuzdur" - Quterreş

22:48 - 29 Sentyabr 2022

\"Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsi qanunsuzdur\" - Quterreş

Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi qanunsuzdur və heç bir hüquqi qüvvəyə malik deyil.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş jurnalistlərə bildirib.

O, vurğulayıb ki, "referendum"lar xalqın iradəsinin həqiqi ifadəsi sayıla bilməz, çünki onlar Ukraynanın qanunvericilik çərçivəsindən kənarda və Rusiyanın nəzarəti altında olan ərazidə keçirilib.

Quterreş qeyd edib ki, dövlət ərazisinin istənilən ilhaqı BMT Nizamnaməsi və beynəlxalq hüququn pozulmasıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az