ABŞ Senatı Ukraynaya 12,4 milyard dollarlıq yardımı təsdiqlədi

06:47 - 30 Sentyabr 2022

ABŞ Senatı Ukraynaya 12,4 milyard dollarlıq yardımı təsdiqlədi

ABŞ Senatı Ukraynaya 12,4 milyard dollarlıq yardım paketinin ayrılmasına səs verib.

Manset.az xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.

Qeyd edilir ki, 7,8 milyard dollar müdafiə ehtiyaclarına, 4,5 milyard dollar isə birbaşa ölkə büdcəsinə ayrılacaq.

Qanun layihəsi sentyabrın 30-da Nümayəndələr Palatası tərəfindən dəstəklənməlidir.

Bundan əvvəl ABŞ Ukraynaya 1,1 milyard dollar məbləğində yeni hərbi yardım paketi elan edib. Paketə 18 yeni HIMARS və dron əleyhinə sistemdən əlavə, yüzlərlə zirehli maşın və radar daxil olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az