3 ölkə Yapon dənizində hərbi təlimlərə başlayıblar

09:25 - 30 Sentyabr 2022

3 ölkə Yapon dənizində hərbi təlimlərə başlayıblar

Yaponiya, Cənubi Koreya və ABŞ Yaponiya dənizində hərbi dəniz təlimlərinə başlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Təlim üç ölkənin regional təhlükəsizlik məsələlərinin həlli, eləcə də müəyyən edilmiş qaydalar əsasında beynəlxalq nizamın möhkəmləndirilməsi üçün üçtərəfli əməkdaşlığa sadiqliyini nümayiş etdirir”, - deyə məlumatda qeyd edilir.

Təlimlərdə Yaponiyanın “USS Chancellorsville”, “USS Barry” və “USS Benfold” gəmilərindən əlavə, Yaponiyanın “Asahi” esminesi və ABŞ-ın “Ronald Reyqan” təyyarədaşıyıcı gəmisi də iştirak edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az