Bayden, ABŞ-Sakit Okean Ada Ölkələri Sammiti çərçivəsində etdiyi çıxışda, ilk dəfə Ukraynada keçirilən referendumlarla bağlı açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində təşkil etdiyi referendumların "tamamilə yalan" olduğunu bildirib və Rusiyanın Ukrayna ərazisi ilə bağlı iddialarını heç vaxt tanımayacaqlarını açıqlayıb.
Ölkələrinin suverenliyi və ərazi bütövlüyünün onlar üçün çox önəmli olduğunu vurğulayan Bayden, Rusiya-Ukrayna müharibəsində hər zaman Ukraynanın yanında olacaqlarını vurğulayıb.