Putin Xerson və Zaporojye vilayətlərinin müstəqilliyinin tanınması haqqında fərmanları imzaladıqdan bir neçə saat sonra Rusiya Zaporojyeyə raket hücumu həyata keçirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, raket hücumu nəticəsində humanitar yardım karvanında olan 23 mülki şəxs həlak olub, 28 nəfər isə yaralanıb.