Güney Azərbaycanda baş tutan etirazlarda 3 azərbaycanlı həbs edildi - FOTO

13:09 - 30 Sentyabr 2022

Güney Azərbaycanda baş tutan etirazlarda 3 azərbaycanlı həbs edildi - FOTO

Güney Azərbaycanda genişmiqyaslı həbslərin davamı olaraq Əbhər şəhərində keçirilən etiraz aksiyaları zamanı üç azərbaycanlı həbs olunub.

 

Manset.az xəbər verir ki,  bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Səidə Muradi, Əli Məqsudi və Əlirza Rəzəvi adlı etirazçılar sentyabrın 22-də İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.

Etirazçılar Zəncan şəhər həbsxanasına aparılıblar.

Azərbaycanlı fəallara qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az