Şəkidə mikroavtobusla yük avtomobili toqquşdu - Xəsarət alanlar var

19:40 - 30 Sentyabr 2022

Şəkidə mikroavtobusla yük avtomobili toqquşdu - Xəsarət alanlar var

Şəkidə mikroavtobusla yük avtomobili toqquşub, xəsarət alanlar var.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza bu gün axşam saatlarında şəhərin Salman Mümtaz küçəsində baş verib.Balakəndən Bakı istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobus ilə “UAZ” markalı yük avtomobili toqquşub.

Nəticədə “UAZ”ın sürücüsü, Şəki sakini 64 yaşlı Səyyar Səlimov və mikroavtobusun sərnişinlərindən biri 27 yaşlı Balakən sakini Ulduz Nəsibova müxtəlif dərəcəli bədənxəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az