Donetskdə 5 mindən çox Rusiya əsgəri mühasirəyə alındı

17:22 - 01 Oktyabr 2022

Donetskdə 5 mindən çox Rusiya əsgəri mühasirəyə alındı

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Liman şəhərində Rusiya qruplaşmasının mühasirəsinin başa çatdığını təsdiqləyib.

 

Manset.az BAKU.WS-ə istinadla xəbər verir ki, bu barədə şərq qoşunları qrupunun spikeri Sergey Çerevatı bildirib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələri Liman yaxınlığındakı beş yaşayış məntəqəsini nəzarətə götürüb.

Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday isə deyib ki, Limanda yerləşən rusiyalı hərbçilər öz rəhbərliklərindən getməyi istəsələr də, rədd cavabı alıblar:

“Rusiya Federasiyasının 5 mindən çox hərbçisi mühasirədədir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az