“ABŞ-ın Ukrayna üçün lend-liz qanunu qüvvəyə minir” - Ukrayna Ali Radasının rəhbəri

18:23 - 01 Oktyabr 2022

“ABŞ-ın Ukrayna üçün lend-liz qanunu qüvvəyə minir” - Ukrayna Ali Radasının rəhbəri

ABŞ-ın Ukrayna üçün lend-liz qanunu qüvvəyə minib.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının rəhbəri Ruslan Stefançuk bildirib.

“Bu gün ABŞ-ın Ukrayna üçün lend-liz qanunu qüvvəyə minib. Bu, daha çox fərqli və yüksək keyfiyyətli silahlar deməkdir. Ukrayna, şübhəsiz ki, bütün ərazilərini geri qaytaracaq”, - deyə Stefançuk “Twitter” hesabında qeyd edib.

Hərbi ekspert və Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Oleq Jdanov bildirib ki, qanun oktyabrın 1-də qüvvəyə minəcək və bu proqram üzrə ABŞ-dan ilk silah ayın ortalarında Ukraynaya gələcək. O əlavə edib ki, silahların çatdırılma sürətinə onların Amerika və ya Avropakı anbarlardan göndərilməsi təsir edəcək.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az