Prezident Vladimir Putinin Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojya bölgələrinin Rusiyaya ilhaqı ilə bağlı qanunları imzaladığını vurğulayan Peskov, "Ölkəmiz bu gündən etibarən hüquqi ölçüdə böyüdü. Bu, çox vacibdir" deyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov rus ordusunun Ukraynada bəzi yaşayış məntəqələrindən çıxarılması ilə bağlı açıqlama verib:
"Burada heç bir ziddiyyət yoxdur. Bu torpaqlar əbədi olaraq Rusiya ilə olacaq. Müəyyən yerlər geri alınacaq".