Antalyanın Alanya bölgəsindəki Gümüşgöze və Türktaş məhəllələri arasındakı meşəlik ərazidə məlum olmayan səbəbdən yanğın başladı. Vəziyyət bildirildikdən sonra əraziyə yanğınsöndürmə helikopteri, yanğınsöndürən maşınlar və şəxsi heyət göndərildi.
Manşet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hava və qurudan müdaxilə edilən yanğın hələ söndürülə bilməyib.