27 şagird yol qəzasında xəsarət aldı

00:20 - 14 Avqust 2021

27 şagird yol qəzasında xəsarət aldı

Türkiyədə Quran kursunun şagirdlərinin olduğu mikroavtobus qəzaya düşüb.

Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mikroavtobus Kayseri-Kahramanmaraş şosesində idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində 27-si şagird olmaqla 29 nəfər yaralanıb. Onlardan yeddisinin vəziyyəti ağırdır. Yaralılar Pınarbaşı dövlət xəstəxanasına çatdırılıb.

Yol qəzası ilə bağlı araşdırma başlanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az