Rusiya Moldova diplomatını ölkədən çıxarır

20:50 - 09 Noyabr 2022

Rusiya Moldova diplomatını ölkədən çıxarır

Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri L.Dariy Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Manset.az Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, Moldova səfirinə səfirliyinin əməkdaşının “persona non qrata” (arzuolunmaz şəxs) elan olduğunu bildirən nota təqdim edilib.

Qeyd olunub ki, bu tədbir bu il noyabrın 1-də Moldova tərəfinin Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşının “persona non-qrata” elan edilməsi ilə bağlı əsassız qərarına verilmiş cavabdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az