Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirlikdə rəsmilərlə keçirdiyi görüşdə çıxış edib. Bildirib ki, Rusiya gələn il nüvə qüvvələri ilə bağlı layihələrə xüsusi önəm verəcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şoyqu, iclasda gələn il nüvə qüvvələri üçün nəzərdə tutulan tikinti layihələrini də müzakirə edəcəklərini qeyd edib:
“Hazırda Strateji Raket Qüvvələrinin 5-ci quruluşunda yeni raket komplekslərinin yerləşdirilməsi üçün infrastruktur obyektlərinin tikintisinə nail olunub".
Şoyqu əlavə edib ki, 2023-cü ildə ordunun ehtiyacları üçün tikinti layihələri hazırlanarkən strateji nüvə qüvvələrinin maraqlarına uyğun tikintilərə xüsusi diqqət yetiriləcək.