Rusiyada ticarət mərkəzində YANĞIN

17:42 - 30 Noyabr 2022

Rusiyada ticarət mərkəzində YANĞIN

Rusiyanın Krasnoyarsk şəhərindəki “Vzletka Plaza” ticarət mərkəzində gecə saatlarında yanğın baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin qrupları, 60 canlı qüvvə və 18 yanğınsöndürən maşını yanğına müdaxilə edib. Saatlarla aparılan iş nəticəsində yanğın nəzarət altına alınsa da, ticarət mərkəzinin böyük bir hissəsi yararsız hala düşüb.

Yanğının elektrik xəttindən çıxmış ola biləcəyi ehtimalı diqqət mərkəzində saxlanılır.

Ticarət mərkəzinin boş olduğu vaxt baş verdiyi üçün ölən və yaralananlar qeydə alınmayıb, yanğının səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az