Əfqanıstanın Samanqan əyalətinin mərkəzi Aybək şəhərində Cihadiyə mədrəsəsinin girişində günorta namazı vaxtı partlayış baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Samanqan xəstəxanasından verilən açıqlamada 15 nəfərin həyatını itirdiyi, 27 nəfərin yaralandığı açıqlanıb.
Yaralılar xəstəxanaya aparılsa da, hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.