ABŞ Nümayəndələr Palatasının spikeri o seçildi

22:15 - 30 Noyabr 2022

ABŞ Nümayəndələr Palatasının spikeri o seçildi

ABŞ Nümayəndələr Palatasının yeni spikeri məlum olub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, yeganə namizəd, Nyu-York nümayəndəsi Hakim Ceffris yeni lider seçilib.

Ceffris ABŞ Konqresinin tarixində Senatda və ya Nümayəndələr Palatasında hər hansı partiyanın lideri vəzifəsinə seçilən ilk qaradərili şəxsdir.

O, 4 avqust 1970-ci ildə Nyu-Yorkun Bruklin bölgəsində anadan olub, 2013-cü ildən Nümayəndələr Palatasının üzvüdür. Uzun müddətdir ki, “Pelosinin varisi” kimi tanınan Ceffris Nümayəndələr Palatasının Ədliyyə və Büdcə Komitələrində çalışıb.

Qeyd edək ki, Nensi Pelosi noyabrın 17-də Nümayəndələr Palatasının əksəriyyətinin respublikaçılara keçməsindən sonra demokratların liderliyinə bir daha namizəd olmayacağını açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az