Türkiyənin XİN başçısı İtaliyaya səfər edəcək

23:26 - 30 Noyabr 2022

Türkiyənin XİN başçısı İtaliyaya səfər edəcək

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu 1-2 dekabr tarixlərində İtaliyanın paytaxtı Romaya səfər edəcək.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində türkiyəli nazir həmin tarixlərdə keçiriləcək 8-ci Aralıq dənizi Dialoq Forumunda iştirak edəcək.

Nazir həmçinin, dekabrın 2-də “Xüsusi Dialoq” sessiyasında çıxışı edəcək. O, regional və beynəlxalq məsələlərlə bağlı Türkiyənin xarici siyasət xəttindən bəhs edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az